Ukraynalı generalın başçılıq etdiyi nümayəndə heyəti İsraildə səfərdədir- Kiyev Tel-Əvivdən nə istəyəcək?

Ukraynalı generalın başçılıq etdiyi nümayəndə heyəti İsraildə səfərdədir.

Azpost.info xəbər verir ki, bu barədə “İsrail Radarı” agentliyi məlumat yayıb.

Məlumata görə, Ukrayna nümayəndə heyəti raket zərbələri barədə xəbərdarlıq sistemlərinin yaradılmasına dair razılaşmaları müzakirə etmək üçün İsrail müdafiə qüvvələrinin nümayəndələri ilə görüşəcək.

“Səfərin məqsədi xəbərdarlıq sistemlərinin yaradılmasına dair razılaşma olub, lakin Ukrayna silah tədarükü də istəyib”, – agentlik yazır.

İsrailin keçmiş Baş naziri Benyamin Netanyahu İsrailin Ukraynaya silah tədarükünün əleyhinə çıxış etmişdi. Onun sözlərinə görə, Ukraynaya verilən silahların İranın əlinə keçməsi və İsrailin özünə qarşı istifadə olunması riski var.

Öz növbəsində İsrailin müdafiə naziri Benni Qants ölkəsinin Kiyevə silah tədarük etməyəcəyini, lakin Ukraynaya humanitar dəstəyi davam etdirəcəyini bildirmişdi. Buna baxmayaraq, Ukrayna xarici işlər naziri Dmitri Kuleba İsrail Baş naziri Yair Lapidlə Kiyevə hərbi yardım, xüsusən də hava hücumundan müdafiə və raketdən müdafiə sistemləri ilə bağlı məsələni müzakirə etdiyini demiş, müzakirənin necə nəticələndiyini açıqlamamışdı.

Azpost.info

Əvvəlki məqalə

İran xüsusi xidməti Qubadlının işğalı zamanı Monte Melkonyandan nə istəyib?

Sonrakı məqalə

“Ukrayna dialoqdan imtina edir, danışıqlar mümkün deyil”