“Ukraynanın əks-hücumu yaxın vaxtlarda başlayacaq”- Baş Kəşfiyyat İdarəsi

“Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatına başlamaq üçün lazım olan silah-sursata malikdir. Əməliyyata yaxın vaxtlarda başlanacaq”.

Azpost.info xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov bildirib.

“Lazımi silahımız var. Yalnız onu deyə bilərəm ki, əks-hücum yaxın vaxtlarda başlayacaq”, – Budanov vurğulayıb.

Budanov qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri əməliyyatların uğurla davam etdirilməsi üçün hələ də möhkəm silah və sursat təchizatına ehtiyac duyur.

Azpost.info

Əvvəlki məqalə

Bu tarixlərdə IV və I qruplar üzrə qəbul imtahanı keçiriləcək –

Sonrakı məqalə

Niderland Kiyevə F-16 qırıcıları verən ilk ölkə olacaq