“Ukraynanın əks-hücumunun uğurlu olacağına əmin olmaq istəyirik” - KİRBİ

“Vaşinqton Ukrayna ordusunun əks-hücumunun uğurlu olacağına əmin olmaq istəyir”.

Azpost.info xəbər verir ki, bunu Ağ Evdə Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Eyni zamanda, o, bunun harada və nə vaxt başlayacağı ilə bağlı qərarın Ukrayna prezidenti Vladimir Zelenskinin səlahiyyətində olduğunu vurğulayıb.

“Biz onların bu hücumda uğur qazanacağına əmin olmaq istəyirik… Lakin hara gedəcəkləri və nə vaxt gedəcəkləri Zelenskinin qərarından asılı olacaq”, – Kirbi deyib.

O əlavə edib ki, Vaşinqton müttəfiqləri və tərəfdaşları ilə birlikdə Kiyevin hazır olmasına əmin olmaq üçün mümkün olan hər şeyi edir.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan və Ermənistan arasında artan gərginlik diqqətimizdədir

Sonrakı məqalə

Argentinalı məşhur futbolçu Azərbaycana gəlir –