Ukraynanın Baş naziri adından Britaniyanın müdafiə nazirinə saxta zəng vurulub

Özünü Ukraynanın Baş naziri Denis Şmıqal kimi təqdim edən şəxs Böyük Britaniyanın müdafiə nazirinə zəng edib.

Bu barədə Britaniyanın müdafiə naziri Ben Vallas “Twitter”də məlumat verib.

“Bu gün özünü Ukraynanın Baş naziri kimi təqdim edən saxtakar mənimlə danışmağa cəhd etdi. O, bir neçə yanlış sual verdi və mən şübhələndikdən sonra telefon danışığını dayandırdım. Moskvanın heç bir dezinformasiyası, təhrifi və çirkin hiyləsi bizim diqqətimizi Rusiyanın insan hüquqlarını pozmasından və Ukraynaya qanunsuz müdaxiləsindən yayındıra bilməz. Bu çarəsiz cəhddir” – deyə Vallas vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Eskişehirin vali müavini Azərbaycanlılar dərnəyinin qonağı olub –

Sonrakı məqalə

Bayden Putinə “quldur” dedi –