İtaliyanın baş naziri Mario Draqi Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünü dəstəklədiyini bildirib.
Azpost.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Baş nazir qeyd edib ki, İtaliya Ukraynanı Aİ-də görmək istəyir, lakin islahatlara ehtiyac olduğundan proses uzun çəkəcək: “Prezident Zelenskiyə demək istəyirəm ki, İtaliya bu prosesdə Ukraynanın tərəfindədir. İtaliya Ukraynanın Avropa İttifaqında olmasını istəyir”.
Draqinin sözlərinə görə, Ukraynanın Rusiyanın hücumuna qarşı dirənişi qəhrəmanlıqdır: “Rusiya hökumətinin təkəbbürü Moskvanın ekspansionist məqsədlərini cilovlamağı bacaran Ukrayna xalqının ləyaqəti ilə toqquşdu”. Baş nazir ukraynalı qaçqınlara dəstək, Kiyevə hərbi yardım vəd edib.
Azpost.info