“Ukraynanın gələcəyi təkcə Avropa İttifaqı ilə deyil, həm də NATO ilə bağlıdır”- Almaniya XİN

“Ukraynanın gələcəyi təkcə Avropa İttifaqı ilə deyil, həm də NATO ilə bağlıdır”.

Azpost.info xəbər verir ki, bunu Almaniya XİN rəhbəri Annalena Berbok deyib.

Nazir qeyd edib ki, NATO üzvləri Alyansın ərazisinin hər kvadrat santimetrini qorumağa borcludur.

Berbok Ukraynanın Şimali Atlantika Alyansına qəbul edilməsinin tərəfdarı olduğunu, ancaq bunun müharibə bitdikdən sonra reallaşa biləcəyini bildirib.

XİN rəhbərinin sözlərinə görə, Ukrayna Avropa dövlətidir, onun namizəd statusu var: “Kiyev islahatların həyata keçirilməsində ciddi səylər nümayiş etdirir”.

Azpost.info

Əvvəlki məqalə

“Tərtər işi” ilə bağlı 18 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Sonrakı məqalə

Uzun illər bağlı qalmış 3 qəsdən adam öldürmə cinayətinin üstü açılıb