“Ukraynanın müharibədəki itkiləri barədə heç vaxt danışmayacağıq”- KİRBİ

“Biz heç vaxt Ukraynanın müharibədəki itkiləri barədə danışmırıq. Və mən bu mövqeyi dəyişəcəyimizi düşünmürəm”.

Azpost.info xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Ukraynalılar qurban, Rusiya isə təcavüzkardır. Mən sadəcə olaraq ukraynalıların həyatını çətinləşdirəcək məlumatları ictimaiyyətə təqdim etmək fikrində deyiləm”, – Kirbi deyib.

Kirbi Ukraynadan fərqli olaraq Rusiyanın itkilərini açıqlayıb və son beş ayda cəbhədə 20 mindən çox insanın həlak olduğunu bildirib.

Azpost.info

Əvvəlki məqalə

“TV-lərdə müğənnilər əsas dəyər kimi təqdim edilir” –

Sonrakı məqalə

İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib