“Ukraynanın müraciətinə baxılma müddəti qısa olacaq” –Avropa Parlamentinin rəhbəri

“Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlük müraciətinə baxılması üçün vaxt çərçivəsi digər hallarla müqayisədə xeyli qısa olacaq. Bunun üçün Ukrayna tərəfi Avropa Komissiyasının sorğusuna operativ şəkildə cavab verməlidir”.

Azpost.info xəbər verir ki, bunu Avropa Parlamentinin sədri Roberta Metsola deyib. “Mən Kiyevdə o qədər çox Avropa İttifaqı bayrağı gördüm ki… Bu, bizim üçün qucaq açmaq vaxtıdır. Top bizim tərəfimizdədir. Əlimizdən gələni edəcəyik. Ukraynalılar üçün vaxt çərçivəsi də digər situasiyalardan daha qısa olacaq”, – Metsola bildirib.

O, namizəd statusunun ölkəyə bir çox Aİ proqramlarına çıxış imkanı yaratdığına diqqət çəkib: “Ölkənin infrastrukturu, təhsil proqramları, bütün digər Aİ proqramlarına çıxış imkanları və s. baxımdan namizəd olmaq böyük dəstəkdir. Bunlar dərhal başladılacaq ki, bu da Ukraynaya ciddi olduğumuza dair siqnal verəcək”.

Metsolanın sözlərinə görə, o, Ukrayna xalqının nə qədər cəsur olduğunu heç vaxt unutmayacaq: “Əgər biz işimizdə onlara bir azca da olsa bənzəsək, o zaman belə böyük xalqa sülh və azadlıq bəxş etməkdə bir addım öndə olarıq”. Xatırladaq ki, ötən həftə Metsola Kiyevdə səfərdə olub. O, Ukraynanın tez bir zamanda Aİ üzvlüyünə namizəd kimi tanınacağına söz verib.

Azpost.info

Əvvəlki məqalə

“ABŞ Zelenskini döyüşləri davam etdirməyə sövq edir” –

Sonrakı məqalə

“Mağazalarda çaxnaşmanı dayandıra bildik, pensiyalar da artacaq” –