Ukrayna hərbçiləri Rusiyanın Qara dəniz donanmasının Sevastopoldakı qərargahına hücum zamanı “Storm Shadow” raketlərindən istifadə edib.
Azpost.info bildirir ki, bu barədə Sky News telekanalı Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin nümayəndəsinə istinadən məlumat yayıb.
“Ukrayna tərəfindən Qara dəniz donanmasının qərargahına hücumda “Storm Shadow” raketlərindən istifadə edilib”, – deyə bəyanatda bildirilir.
Sentyabrın 22-də günortadan sonra Ukrayna ordusu Sevastopola raket zərbəsi endirib. Müdafiə Nazirliyi hücumu dəf edərkən 5 raketin vurulduğunu bildirib.
Azpost.info