“Ümid edirik ABŞ bu təlkxəkliyinə son qoyacaq” –Rusiya XİN

“ABŞ-ın Maduroya qarşı prinsipiallığı anti-Rusiya sanksiyalarından sonra çökdü” – Rusiya XİN

“ABŞ-ın Venesuela ilə münasibətlərdə prinsipial xarici siyasəti anti-Rusiya sanksiyalarının təsirini hiss edən kimi çökdü”. 

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin departament direktoru Aleksandr Şetinin deyib. “Amerikalıların Karakasla birbaşa əlaqə saxlaması onların xarici siyasətinin fürsətçiliyini açıq şəkildə göstərir. Vaşinqtonun Rusiyaya qarşı başlatdığı iqtisadi müharibə ABŞ iqtisadiyyatının özündə yenidən alovlanan kimi bütün “prinsipiallıq” dağıldı”, – XİN rəsmisi bildirib.

Şetinin Rusiyanın Karakas və Nikolas Maduro hökumətinə qarşı bütün birtərəfli sanksiyaların ləğvini dəstəklədiyini qeyd edib.

O, ümid etdiyini bildirib ki, Vaşinqton ABŞ-ın Venesuelanın yeganə qanuni prezidenti kimi tanıdığı Xuan Quaydonu dəstəkləməyi dayandıracaq: “Biz ümid edirik ki, Vaşinqtonun Venesuelanın qanuni hökuməti ilə rəsmi əlaqələri bərpa etməsi “müvəqqəti prezident” təlxəkliyinə son qoyacaq”.

Azpost.info

Əvvəlki məqalə

Medvedev Qərbi inkvizisiya məhkəməsi qurmaqda ittiham edib

Sonrakı məqalə

Macarıstan Ukraynadakı səfirini geri çağırdı