Ünvanlı sosial yardım alan ailələrin sayı 78300-ə çatıb- RƏSMİ

Aztəminatı ailələrin ünvanlı sosial yardım proqramından faydalanmaq imkanlarının və proqrama əlçatanlığının artırılması işləri nəticəsində bu yardımı alan ailələrin sayı artmaqda davam edir.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, aprel ayında ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 13,5 faiz, yəni 9300 ailə və ya 38 min nəfər artıb və bu yardımı alanların sayı 330 min nəfərə (78 min 300 ailə) çatıb.

Hər ailəyə düşən yardımın məbləği 222 manatdır.

Aztəminatlı ailələrə növbəti dəstək kimi, xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünya iqtisadiyyatı koronavirusa görə 5 trln. dollar itirəcək

Sonrakı məqalə

“Brent” neftinin qiyməti 34 dolları keçıb