Uşaqlar arasında son dövrdə ən çox yayılan xəstəliklər hansılardır?

“Uşaqlar arasında son dövrlərdə ən çox yayılan xəstəliklər mövsümü xəstəliklərdir”.

Bunu APA-ya açıqlamasında K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev deyib.

O qeyd edib ki, mövsümü xəstəliklər arasında virus xəstəlikləri hazırda ön plandadır.

“Bu xəstəliklər zamanı qusma, yüksək hərarət müşahidə edilir. Xəstəliyin gedişatı hər il bu şəkildə olur və təhlükəli deyil. Ailələr COVID 19-dan dolayı xəstəxanaya getməkdən qorxurlar. Mən valideynlərə çağırış etmək istərdim ki, əgər uşağınızda bu hallar müşahidə olunursa, xəstəxanaya getməkdən çəkinməyin. Yüngül bir müalicə ilə sağalacaq uşağınız xəstəxanaya getmədiyiniz təqdirdə ağırlaşa bilər”,- o qeyd edib.

Əvvəlki məqalə

“Azəriqaz” əməkdaşına kəllə atan şəxs həbs edilib

Sonrakı məqalə

Təhsil krediti üçün müraciət edən tələbələrin sayı açıqlanıb