Uşaqlar bağçada Zəfər bayramını coşqu ilə qeyd etdilər –FOTO

Bakının Nərimanov rayonundakı 69 saylı körpələr evi-uşaq bağçasında Zəfər bayramına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun xalqımıza bəxş etdiyi Zəfər tarixinin mahiyyəti açıqlanıb. Bildirilib ki, Azərbaycan Dövlətinin və xalqının tarixinə müqəddəs Şəhid qanıyla yazılan 27 sentyabr 2020-ci il həm də bizim böyük Zəfər yolumuz oldu. Həmin gün Ali Baş Komandanın əmri ilə əks hücuma keçən Azərbaycan Ordusu 30 illik həsrətimizin vüqarlı sonu ilə bizi fərəhləndirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin xalqa etdiyi müraciətin hər bir fikri bir şüara çevrildi, uşaqlardan tutmuş böyüklərə qədər hər kəsin dilinin əzbəri oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı!

Tədbirdə qeyd olunub ki, Prezident İlham Əliyevin möhkəm iradəsi, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Vətən müharibəsi dövründə Azərbaycanın dinc şəhər və kəndlərinə vurulmuş raket-artilleriya zərbələri nəticəsində uşaqların da ziyan çəkdikləri xatırlanıb, Gəncə, Tərtər, Bərdə rayonlarında baş verən hadisələrin bunun əyani sübutu olduğu diqqətə çatdırılıb.

Sonda uşaqlar milli və Zəfər qələbəsinin atributları ilə bəzədilmiş, Xarı bülbülün rəngləri ilə süslənmiş sarayda özündə vətənpərvərlik duyğularını əks etdirən kompozisiya ilə çıxış ediblər. Uşaqlar vətənpərvərlik və qələbə ruhlu şeirlər səsləndirib, mahnılar oxuyublar, videoçarxlara baxıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünən 96 nəfər toy məclisinə buraxılmayıb –

Sonrakı məqalə

“Azərbaycanda pandemiya ilə bağlı qapanmalar gözlənilmir” –