Uşaqlıqda oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Uşaqlıq və yeniyetməlikdə oturaq həyat tərzi damar sərtliyini artıra bilər.

Anadolu Agentliyin xəbər verir ki, bununla bağlı İngiltərədə araşdırma aparılıb.

Oksford, Bristol və Exeter, Şərqi Finlandiya universitetlərinin alimlərinin birgə apardıqları araşdırmada 11-24 yaş arası 1339 uşaq və gənc müayinə olunub. Bu çərçivədə 13 il ərzində 1339 nəfərin damar sərtliyi dövri olaraq yoxlanılıb. Tədqiqatda alimlər müəyyən ediblər ki, uşaq və yeniyetmələrdə hərəkətsizlik müddətinin gündə 6 saatdan 9 saata qədər artırılması arterial sərtləşməni təxminən 10 faiz artırıb. Digər tərəfdən araşdırmada yaşlanmanın da arterial sərtliyi artırdığı, bunun da yetkinlərdə gənc yaşda ölüm riskini yüzdə 47 artırdığı vurğulanıb. Bundan əlavə, araşdırma gündə ən azı 3 saat yüngül fiziki fəaliyyətin damarların sərtləşməsi riskini minimuma endirməyə kömək edə biləcəyini göstərib.

Əvvəlki məqalə

“Rusiya ABŞ-ın terrorla bağlı xəbərdarlığına məhəl qoymayıb”

Sonrakı məqalə

Xırdalanda 12 ədəd qumbara tapılıb