ÜST Moskvadakı ofisini bağlayır –Rusiya qərara etiraz etdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosu Komitəsi Moskvadakı ofisinin bağlanması ilə bağlı qətnamə qəbul edib.

Azpost.info xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Qəbul edilmiş qərarda ofisin Rusiya hüdudlarından kənara köçürülməsi nəzərdə tutulur.

Sənədə Ukrayna, Gürcüstan, Türkiyə, Moldova, İsrail və Avropa İttifaqı ölkələri səs verib. Rusiyanın təşkilatdakı nümayəndəsi, səhiyyə nazirinin müavini Andrey Plutnitski bildirib ki, qətnamə siyasi xarakterlidir və ÜST-ün Avrasiyadakı işinə zərər verə bilər. Plutnitski bu qərarın qurumun nizamnaməsinə zidd olduğunu da vurğulayıb. Təşkilatın ofisinin yerdəyişməsi ilə bağlı qərar Rusiyanın Ukraynada və Donbasda xüsusi əməliyyat keçirməsi, eləcə də genişmiqyaslı anti-Rusiya sanksiyaları fonunda qəbul edilib.

Azpost.info

Əvvəlki məqalə

12-14 mayda Şuşada V Xarıbülbül Festivalı keçiriləcək

Sonrakı məqalə

Avropa Komissiyası Ukraynaya 400 milyon avro ayıracaq