ÜST omikron ştammı ilə bağlı daha bir xəbərdarlıq yayıb

30 Noyabr 2021 - 08:54

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun omikron ştammının bütün dünyada yayılması ehtimalının yüksək olması ilə bağlı xəbərdarlıq edib.

Qurumun 194 üzv ölkəyə tövsiyəsində qeyd olunur ki, bəzi yerlərdə yoluxma sayının artması ciddi fəsadlara gətirib çıxara bilər.

Bildirilir ki, omikronun çoxsaylı mutasiyaları var, onların bəziləri narahatlıq doğurur. Təşkilat üzv ölkələri vaksinasiya prosesini sürətləndirməyə çağırıb.

ÜST yaydığı bəyanatda həmçinin dövlətlərə koronavirusun “omikron” ştammı ilə bağlı “erkən xəbərdarlıq sistemlərinin” işini təmin etməyi və yoluxma sayında kəskin artım olarsa əsas səhiyyə xidmətləri üçün dəsək planı hazırlamağı tövsiyə edib.

Qeyd olunur ki, ÜST üzv ölkələrə “omikron” ştammına çevik reaksiya məqsədiylə tədbirlər görməyi tövsiyə edir. Təşkilat həmçinin koronavirusun “omikron” və digər variantları haqqında sübuta əsaslanan məlumatların mütəmadi olaraq paylaşılmasına çağırıb.