ÜTT-nin rəhbəri postunu tərk edə bilər- SƏBƏB

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) rəhbəri Robertu Azevedo təşkilata üzv olan ölkələrin rəhbərliklərinə 2021-ci ildə səlahiyyət müddəti bitmədən istefa etməyi planlaşdırdığını bildirib.

APA-Economics”in “Bloomberg”ə istinadən verdiyi məlumata görə, R. Azevedonun mümkün istefa xəbərləri dünya ticarətinin böhranlı bir vaxtına rast gəlib. Bundan əlavə, artıq ötən il təşkilatın mübahisələrin həlli sisteminin tam iflic olması ÜTT-nin sabitliyinə ciddi zərbə vurub.

Qeyd edək ki, R. Azevedonun istefası baş tutarsa onun vəzifəsini dörd müavinindən biri icra edə bilər: Nigeriyadan Yonov Frederik Aqa, Almaniyadan Karl Brauner, ABŞ-dan Alan Volf və Çindən İ Səocun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

“Məşədi İbad”ın Sərvəri –