Avropa İttifaqı ölkələri Ukraynaya silah tədarükü üçün 10 milyard avro toplayıblar.
Azpost.info xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrel bildirib.
O, həmçinin Ukraynanı daha çox silahla təmin etmək üçün Aİ-nin xüsusi fondunu artırmağa çağırıb.
“Biz Ukraynaya sursat tədarükünə baxacağıq və Avropa Sülh Fondunu müzakirə edəcəyik. Üzv ölkələr bizə 10 milyard avro məbləğində əskinaslar təqdim ediblər ki, bu da gözləniləndən xeyli çoxdur”, – Borrel deyib.
Azpost.info