“Vahid Rusiya”nın 77 yaşında dünyasını dəyişən deputatı Nikolay Bortsov Rusiyanın zəngin adamlarından biri olub.
Azpost.info xəbər verir ki, Bortsov 2021-ci ildə “Forbes”in “Ən zəngin ruslar” siyahısına, eləcə də ən yüksək gəliri olan dövlət qulluqçularının reytinqinə daxil edilib. Nəşr onun sərvətini 550 milyon dollar, gəlirini isə 808,8 milyon rubl qiymətləndirib.
Sovet dövründə Bortsov 90-cı illərdə “Lebedyanski” ASC-yə çevirdiyi “Lebedyanski” konserv zavodunun baş direktoru idi. Rusiyada şirə bazarının liderlərindən olan bu zavodda “Tonus”, “Fruktovy Sad” və “Ya” kimi məşhur şirə markaları istehsal olunur. Daha sonra o, zavodunun 75,5 faiz payını “PepsiCo”ya satıb. Sövdələşmənin həyata keçirilməsindən alınan pul deputatın əsas kapitalı idi.
Bortsov ilk dəfə 2003-cü ildə Dövlət Dumasının deputatı olub, o vaxtdan bəri Rusiya parlamentinin üzvü olub. Son çağırışda Bortsov millətlər komitəsinin üzvü olub. MSK Nikolay Bortsovun seçildiyi birmandatlı dairədə əlavə seçkilərin sentyabrda keçiriləcəyini açıqlayıb.
Ukraynada müharibə başlayandan sonra ABŞ və digər ölkələr Bortsova qarşı sanksiyalar tətbiq edib. Kiyev onu “DXR” və “LXR”in müstəqilliyini tanıdığına görə qiyabi olaraq 15 il həbs cəzasına məhkum edib.
Azpost.info