“Vəziyyəti sülh yolu ilə həll etmək istəyirdim, imkan vermədilər” –PUTİN

“Rusiya Ukraynadakı vəziyyəti sülh yolu ilə həll etmək istəyərdi, lakin bizə belə imkan verilmədi”.
Azpost.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bunu separatçı “DXR”in “Sparta” batalyonunun öldürülmüş komandiri Vladimir Joqanın atası Artyom Joqanı qəbul edərkən deyib. “Əgər bu problemi başqa yolla, sülh yolu ilə həll etmək üçün heç olmasa bir şans olsaydı, əlbəttə ki, bundan istifadə edərdik. Amma bizə bu şansı buraxmadılar, sadəcə olaraq vermədilər”, – Putin deyib.
O, bir daha Ukraynadakı hərbi əməliyyatın elan edilmiş nəticələrə nail olacağına əminliyini ifadə edib.
Putin Vladimir Joqanı ölümündən sonra Rusiya Qəhrəmanı Ulduzu ilə təltif edib. Ulduzu Artyom Joqaya təqdim edib.
Azpost.info
Əvvəlki məqalə

“Rusiyanın səfirinə hücum başadüşüləndir” –

Sonrakı məqalə

“Putin bizə başqa seçim qoymadı” –