Vəkillər üçün məcburi dövlət sosial sığorta haqqı 2 dəfə azaldılır

“Vəkillər Kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər indiyə qədər gəlirlərinin 20 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirdilərsə, qanuna dəyişiklikdən sonra xərclər çıxılmaqla, cəmi gəlirlərinin 10 % faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər”.

Bunu APA-ya açıqlamasında “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikləri şərh edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

M.Quliyev deyib ki, bu, çox ciddi dəyişiklikdir.

Qeyd edək ki, “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, Vəkillər Kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər üçün məcburi dövlət sosial sığorta haqqı azaldılır. Qüvvədə olan qanuna görə, Vəkillər Kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər üçün məcburi dövlət sosial sığorta haqqı gəlirlərinin 20 faizi miqdarında müəyyənləşdirilib. Layihədə Vəkillər Kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər üçün məcburi dövlət sosial sığorta haqqı gəlirlərinin 20 faizi miqdarında deyil, 10 faizi miqdarında müəyyənləşdirilməsi təklif olunur.

Xatırladaq ki, qanun layihəsi aprelin 23-də Milli Məclisin Əmək və sosial siyasət komitəsində müzakirə olunub və Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan nefti yenidən ucuzlaşıb

Sonrakı məqalə

Sabah hava necə olacaq?