Vətəndaşlar ötən ay DSMF-dən 54 min elektron arayış alıblar

network cables connected to switch

2022-ci ilin mart ayında DSMF-nin fəaliyyət istiqamətləri üzrə 54 148 elektron arayış alınıb.

Bu barədə DSMF-dən Azpost.info-ya bildirilib.

Bu arayışların 4 155-i pensiya, 47 106-sı müavinət və təqaüd, 1 383-ü fərdi şəxsi hesab, 478-i ünvanlı dövlət sosial yardımı, 301-i torpaq pay mülkiyyətçisi, 371-i sosial sığorta şəhadətnamə nömrəsi, 71-i şəhid ailəsi üzvü, 126-sı ünvanlı dövlət sosial yardımı ödənişləri, 83-ü sağlamlıq imkanları məhdud uşaqlara qulluq, 49-u əlilliyi olan şəxslərə qulluq, 25-i Milli Qəhrəmanın ailə üzvü ilə bağlı olub.

Əvvəlki məqalə

Putin “Azovstal”dakı mülki əhalinin təxliyyəsinə razılıq verdi –

Sonrakı məqalə

Ölkədə kifayət qədər ərzaqlıq buğda varmı? –