Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib. Məhdudiyyətlər Rusiyanın 206 fiziki və hüquqi şəxsini əhatə edir.
Azpost.info xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb. Sanksiya siyahısına “Lukoyl”un sahiblərindən olan Vahid Ələkbərov, Rusiya Dəmir Yollarının keçmiş rəhbəri Vladimir Yakunin, “AFK Sistema”nın təsisçisi Vladimir Yevtuşenkov, “Surqutneftegaz”ın baş direktoru Vladimir Boqdanov, “Qazprombank”ın vitse-prezidenti Sergey Fursenko, Rusiya XİN rəhbəri Sergey Lavrovun həyat yoldaşı, həmçinin “Qazprombank”, “Bank Rossiya”, “SOQAZ” sığorta şirkəti düşüb.
Siyahıya daxil olan fiziki və hüquqi şəxslərin aktivlərinin dondurulduğu, onlarla əməliyyatların aparılmasının qadağan edildiyi bildirilir.