““Vaqner” Afrikada sülhməramlılara və BMT əməkdaşlarına təhlükə yaradır”- BLİNKEN

“Özəl hərbi şirkət “Vaqner”in Afrika qitəsindəki fəaliyyəti sülhməramlıları və BMT əməkdaşlarını təhlükə altına qoyur”.

Azpost.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

Blinken bu barədə Vaşinqtonda keçirilən ABŞ-Afrika sammitindən sonra keçirilən mətbuat konfransında danışıb.

Dövlət katibinin sözlərinə görə, ABŞ Dövlət Departamenti “Vaqner”in Mərkəzi Afrika Respublikasındakı fəaliyyəti ilə bağlı araşdırma aparıb və bu şirkət tərəfindən resursların istismarı müəyyən edilib.

“Biz “Vaqner”in BMT-nin sülhməramlı əməliyyatlarına necə müdaxilə etdiyini, sülhməramlıları, BMT personalını təhlükəyə atdığını gördük. Bu, pis əməllərin uzun siyahısıdır”, – Blinken bildirib.

Azpost.info

Əvvəlki məqalə

ABŞ 2023-cü ilin müdafiə xərclərinə 858 milyard dollar ayırıb

Sonrakı məqalə

Laçın yolunda aksiya keçirilən yerdən ermənilərə humanitar yardım aparan maşın karvanı maneəsiz hərəkət edir