Moskva ilə gərginliyin artmasının qarşısını almaq üçün Vaşinqton Kiyevlə kəşfiyyat məlumatlarını məhdudlaşdırıb.
Bu barədə “Washington Post“ məlumat yayıb.
Bildirilir ki, ABŞ administrasiyası daxili təlimat əsasında kəşfiyyat orqanlarına Rusiya hərbi rəhbərlərinin və nazirlərinin (Ukrayna ərazisindəki zabitlərə şamil edilmir) yerləşdiyi yerlər haqqında məlumatları ötürməyi qadağan edib.
Bu təlimat həmçinin Ukrayna xaricindəki hədəflər haqqında məlumat verməyi də qadağan edir.
Qeyd edək ki, Vaşinqton Ukrayna tərəfinə rus qoşunlarının hərəkəti haqqında məlumat ötürür.