Vaşinqton, Seul və Tokio Şimali Koreya ilə bağlı birgə bəyanat qəbul edib

ABŞ dövlət katibi Entoni Blinken, Cənubi Koreyanın xarici işlər naziri Pak Çin və Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi birgə bəyanatda Şimali Koreyanın son raket buraxılışlarını pisləyib.

Bu baədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Üç ölkənin baş diplomatları Pxenyanla ilkin şərt olmadan təmaslara hazır olduqlarını vurğulayıblar.

“Tərəflər Koreya yarımadasının tam nüvəsizləşdirilməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tam yerinə yetirilməsi üçün üçtərəfli əməkdaşlığı gücləndirməyi öhdəsinə götürüb”.- deyə bəyanatda bildirilir.

Xatırladaq kİ, Seulun məlumatına görə, Şimali Koreya çərşənbə günü üç ballistik raket atıb. Cənubi Koreya ordusunun məlumatına görə, onlardan biri qitələrarası, digər ikisi isə qısa mənzilli ballistik raketlər olub.

Əvvəlki məqalə

Əfv Sərəncamının icrasına başlanılıb

Sonrakı məqalə

“Gələcəyi Azərbaycanla birlikdə formalaşdırırıq” –