Vaşinqtonda təhlükəsizlik tədbirləri gücləndirilib- Zelenskiyə sui-qəsd ehtimalı ilə bağlı (CNN)

ABŞ-da səfərdə olan Ukrayna prezidenti Vladimir Zelenskinin həyatına mümkün sui-qəsd ehtimalı ilə bağlı Vaşinqtonda təhlükəsizlik tədbirləri gücləndirilib.

Azpost.info xəbər verir ki, bu barədə CNN telekanalı Ukrayna liderinə yaxın mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, bu təhlükə Rusiyadan gəlir və bununla bağlı yüksək rütbəli dövlət məmurlarına, eləcə də Ukraynanın ABŞ-dakı səfirliyinin əməkdaşlarına Zelenskinin gəlişi barədə əvvəlcədən məlumat verilməyib.

Ukrayna prezidentinin Vaşinqtona səfərini bir neçə ay əvvəldən planlaşdırdığı da məlumdur. Lakin mənbə deyir ki, əgər ABŞ prezidenti Co Bayden Kiyevə “Patriot” hava hücumundan müdafiə sistemlərinin verilməsinə razılıq verməsəydi, bu səfər baş tutmazdı.

Azpost.info

Əvvəlki məqalə

Xalq artisti Fikrət Verdiyev vəfat edib

Sonrakı məqalə

Zelenski Konqresdə belə qarşılandı