Venesuela:"ABŞ neft tankerlərimizi təhdid edir"

Venesuelanın Xarici İşlər naziri Jorge Arreaza Birləşmiş Ştatları Venesuela neftini daşıyan və ölkəyə benzin gətirən gəmiləri təhdid etməkdə ittiham edib.

Azərtac xəbər verir ki, nazir “Twitter” hesabında yazıb: “Dünyaya Beynəlxalq Cinayət Məhkəməsinə təqdim edəcəyimiz daha çox sübut təqdim edirik. Epidemiya şəraitində rəsmi Vaşinqton neftimizi daşıyan və benzin gətirən gəmilərimizi təhdid edir. Bu, beynəlxalq qanunların və venesuelalıların əsas hüquqlarının pozulmasıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nazirlik:

Sonrakı məqalə

Türkiyədə bələdiyyə sədri həbs olunub