Respublikanın Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov yanvarın 13-də Əlahiddə Çevik Polis Alayının böyük idman zalında Yol Patrul Xidməti əməkdaşlarının yeni geyim formalarının tətbiqi ilə əlaqədar sıra baxışı keçirib.
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.