VİP sədri Əli Əliyev sərbəst buraxılıb

Əli Əliyev sərbəst buraxılıb. Bu barədə Əvəz Zeynallı məlumat yayıb.

Vətəndaş İnkişaf Partiyasinın (VİP) sədri Əli Əliyev saxlanılması barədə məlumat yayılıb.

Bu məlumatı “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı özünün Facebookdakı səhifəsindən paylaşıb. Əvvəl Zeynallı bu məlumatı Əli Əliyevin yaxınlarına istinadən paylaşdığını qeyd edib.

Baş redaktor həmçinin “Bumeranq” TV-nin baş redaktoru Elçin Rəhimzadənin də saxlanıldığını qeyd edib.

Musavat.com Əli Əliyevin hansı hüquq mühafizə orqanı tərəfindən saxlandığını müəyyən edə və yetkililərlə danışa bilib. İstintaq orqanı müxbirimizə bildirdi hazırda VİP sədri və “Bumeranq” TV -nin rəhbəri bir məsələ ilə bağlı ifadə verirlər, yaxın saatlarda sərbəst buraxılacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Neftçi” yenə uduzdu

Sonrakı məqalə

Azərbaycan güləşçisi dünya çempionu olub