“Vladimir Putini Xruşşovla müqayisə etmək yersizdir”- PESKOV

“Vladimir Putini Sovet siyasətçisi Nikita Xruşşovla müqayisə etmək yersizdir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskovun sözlərinə görə, Karib böhranı və hazırkı vəziyyət ətrafında müxtəlif nüanslar var: “Müqayisə yersizdir. Putin Putindir, Xruşşov Xruşşovdur. Allah onun ruhunu şad eləsin. Ona görə də mən düşünmürəm ki, bu məsələdə Putini kiminləsə müqayisə etmək olar”.

Bununla belə, Peskov qeyd edib ki, hər iki halda söhbət Rusiya ilə Vaşinqtonun rəhbərlik etdiyi kollektiv Qərb arasında toqquşmadan gedir: “Bunlar oxşardır. Lakin digər tərəfdən, nüanslar, əlbəttə ki, fərqlidir”.

Azpost.info

Əvvəlki məqalə

“Şimal regionlarının inkişafı Rusiyanın gələcəyini təmin edəcək”

Sonrakı məqalə

“2023-cü il Rusiya iqtisadiyyatı üçün çətin olacaq”