Vladimir Zelenski Finlandiyada rəsmi səfərdədir

Ukrayna prezidenti Vladimir Zelenski Finlandiyaya səfər edib.

Azpost.info xəbər verir ki, bu barədə Finlandiya prezidentinin ofisindən bildirilib.

Ukrayna lideri orada Şimali Avropa ölkələrinin hökumət başçıları ilə görüş keçirəcək.

Günün ikinci yarısında prezident sarayında baş tutacaq görüş Ukraynaya dəstək və digər aktual təhlükəsizlik məsələlərinə həsr olunacaq.

Səfər zamanı Zelenski ilə Finlandiya prezidenti Sauli Niinistö arasında rəsmi danışıqlar da aparılacaq. Liderlər  Ukraynanın Rusiyaya qarşı mübarizəsini, ölkələr arasında ikitərəfli münasibətləri və qlobal geosiyasi vəziyyəti müzakirə edəcəklər.

Azpost.info

Əvvəlki məqalə

“Ermənistan təyyarələrinin Türkiyə üzərindən uçuşuna qadağa qoymuşuq”

Sonrakı məqalə

“NATO-Azərbaycan tərəfdaşlığından hər iki tərəf faydalanır”