“Microsoft” korporasiyası “Windows 7” əməliyyat sisteminin dəstəklənməsi dayandırıb.
“APA-Economics” şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, bu gündən etibarən kompüterləri qorumaq üçün zəruri olan texniki yardım və bu əməliyyat sisteminin avtomatik yeniləmələri mövcud deyil. “Windows 7” istifadəçilərinə “Windows 10” əməliyyat sisteminə keçmələri tövsiyə olunur.
Qeyd edək ki, Azərbaycanda “Windows 7” əməliyyat sisteminin bazar payı “Microsoft”un digər əməliyyat sistemləri ilə müqayisədə 44,7% təşkil edir və bu məhsul populyarlığına görə ikinci yeri tutur. Birinci yerdə 46%-lə “Windows 10” əməliyyat sistemi, 3-cü yerdə isə bazar payı 6,2% olmaqla “Windows 8.1” qərarlaşıb.