“Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini vəzifəsindən istefa verib

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədrinin strateji inkişaf, investisiya layihələri və logistika üzrə müavini Fərhad Quliyev vəzifəsini tərk edib.

“Report” xəbər verir ki, hələ ki, onun yerinə təyinat olmayıb.

Beləliklə, müavinlərin sayı 4-ə düşüb. Bunlar birinci müavin Mübariz Cabbarov, iqtisadi məsələlər üzrə müavin Cəlal Fərəcli, rejim üzrə müavin Nəzrəddin Əhmədzadə və ümumi məsələlər üzrə müavin Cəbrayıl Mahmudludur. Səhmdar cəmiyyətinə Rauf Vəliyev rəhbərlik edir.

Əvvəlki məqalə

Valyuta məzənnələri

Sonrakı məqalə

Afrika İttifaqı Kiyev və Moskvanı barışdırmağa çalışacaq