Xaricə gedən rusların sayı artır- Rusiyada 2 milyon işçiyə ehtiyac var

Ukraynada müharibə başlayandan bəri Rusiya şirkətlərində işçi çatışmazlığı artır.

Azpsot.info xəbər verir ki, “Rosstat”ın məlumatna görə, 2023-cü ilin mayında işəgötürənlərin 2 milyon işçiyə ehtiyacı olub.

Buna baxmayaraq, iyun ayında qeydə alınan işsizlik səviyyəsi ən aşağı səviyyədə olub – 3,1 faiz.

2022-ci ildə 1 milyona yaxın insanın ölkəni tərk etməsindən sonra İqtisadi İnkişaf Nazirliyi işçi qüvvəsinin 600 min nəfər azalaraq 74,9 milyon nəfərə düşdüyünü bildirib.

Azpsot.info

Əvvəlki məqalə

Azərbaycan XİN Gürcüstana başsağlığı verib

Sonrakı məqalə

Sumqayıtda şadlıq evi yanır