Xarici banklar Rusiya şirkətlərinə xidmət göstərməkdən imtina edirlər

Xarici banklar Ukraynanın sanksiyalarına məruz qalan Rusiyanın İT şirkətlərinin əməliyyatlarını həyata keçirməkdən imtina etməyə başlayıblar.

Azpost.info xəbər verir ki, bunu “Vedomosti”yə İT şirkətlərindən birindəki mənbə deyib.

Mənbə bildirib ki, Honq-Konqun HSBC bankı xarici tərəfdaşı ilə müqavilə əsasında Ukraynanın sanksiya siyahısında olan bir şirkətə ödəniş etməkdən imtina edib. Kredit təşkilatı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının “Dow Jones” uyğunluq məlumat bazasında dərc olunan qərarına istinad edib.

Nəşrin həmsöhbətlərindən biri bildirib ki, “Croc İT” və elektronika distribyutoru “OCS Distribution” oxşar problemlərlə üzləşib. Ukraynanın da sanksiyaları altında olan hər iki şirkət bir neçə xarici bank tərəfindən rədd edilib.

Ukrayna prezidenti Vladimir Zelenski aprelin ortalarında Rusiyanın ən böyük İT müəssisələrinə sanksiyalar tətbiq edib. Siyahıya “Yandex”, VK, “Rambler”, “Skillbox”, “Geekbrains”, “Skyeng”, “InfoWatch”, “Positive Technologies” və başqaları daxil edilib. İT inteqratoru “Croc” və İT distribyutoru “OCS Distribution” da “qara siyahıya” salınıb.

Hər hansı bir ölkənin, o cümlədən Ukraynanın sanksiyaları xarici banklar üçün həyata keçirilməsi tövsiyə edilməyən riskli əməliyyatın göstəricisidir. Bir çox Rusiya şirkətləri qlobal kredit təşkilatları üçün əsas müştərilər deyillər, ona görə də onlar dərhal əməliyyatlardan imtina edirlər.

Azpost.info

 

Əvvəlki məqalə

Lənkəranda içində ilan gəzən, uçuq-sökük məktəb niyə təmir olunmur? –

Sonrakı məqalə

Kremldən Laçın yolunda sərhəd məntəqəsinin qoyulmasına REAKSİYA