Xarici liderlər bu il Şərq İqtisadi Forumunda iştirak etməyəcəklər.
Azpost.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinlə səhnəni bölüşəcək ən yüksək səviyyəli xarici nümayəndələr Laosun vitse-prezidenti Pani Yatxotou və Çin Dövlət Şurası baş nazirinin müavini Çjan Qoçin olacaq.
“Biz Çindən, Laosdan, Myanmadan, Vyetnamdan, Filippindən qonaqlar gözləyirik. Belarus, Qazaxıstan, Monqolustan, Sinqapur da olacaq”, – deyə Primorye hökumətinin başçısı Vera Şerbina bildirib.
Onun sözlərinə görə, KXDR nümayəndələri də gözlənilir.
Şərq İqtisadi Forumu sentyabrın 10-13-də Vladivostokda “Əməkdaşlığa, sülh və rifaha doğru” devizi altında keçiriləcək. Vladimir Putin sentyabrın 12-də forumun plenar iclasında iştirak edəcək.
Azpost.info