Rusiyada sürücüləri yol hərəkəti qaydalarını pozduğuna görə cərimələnən əcnəbi nömrəli avtomobillər xaricə buraxılmayacaq.
Azpost.info xəbər verir ki, bu barədə Rusiya Dövlət Yol Müfəttişliyinin rəisi Mixail Çernikov bildirib.
Onun sözlərinə görə, avtomobillər cərimə meydançasında saxlanılacaq.
“Nəqliyyat Nazirliyi ilə birlikdə yol hərəkəti qaydalarının pozulması halları qeydə alınarsa, xarici dövlətlərin nəqliyyat vasitələrinin Rusiyanın dövlət sərhədindən keçməsinə qadağa qoymağa imkan verən qanun layihəsi hazırlamışıq. Belə maşınlar cərimə meydançasında saxlanılacaq”, – Çernikov deyib.
Azpost.info