ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan Xersonun azad edilməsini Ukraynanın “möhtəşəm qələbəsi” adlandırıb.
Azpost.info bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Bununla belə Sallivan Rusiyanın Xerson vilayətini tam tərk etməsi barədə açıqlamasını təsdiq edə bilməyib.
“Görünür ruslar bu qənaətlərini icra ediblər. Həqiqətən ukraynalılar möhtəşəm qələbə qazanıblar. Bu çox diqqətəlayiq məsələdir”-deyə Sallivan bildirib.
Sallivan deyib ki, Xersonda qələbə böyük strateji nəticələrə yol açıb: “Rusları çayın o biri sahilinə sıxışdırmaq o deməkdir ki, Odessa və Qara dəniz sahilləri üçün əvvəlkindən fərqli olaraq uzunmüddətli təhlükə daha yoxdur”.
Müşavir deyib ki, bu qələbə müharibənin sonu deyil, lakin mühüm məqamdır. “Xersonun azad edilməsi ilk növbədə qərbin dəstəyi ilə birgə Ukrayna ordusunun ustalığı sayəsində baş tutub”.
Azpost.info