“Gürcüstanın “Şərq Tərəfdaşlığı” proqramı ilə bağlı daha böyük və ambisiyalı planları var”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin xarici işlər naziri David Zalkaliani deyib.
Nazir Aİ-nin bu təşəbbüsünün Gürcüstana əhəmiyyətli nəticələr verdiyini bildirib: “Şərq Tərəfdaşlığı” bizi Avropa İttifaqına üzvlük məqsədimizə yaxınlaşdırır”.
D.Zalkaliani qeyd edib ki, iyunun 18-də “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələri liderlərinin videokonfransı təşkil olunacaq: “Bu gün xarici işlər nazirlərinin videokonfrans formatında keçiriləcək görüşündə bu tədbirə hazırlıq məsələləri müzakirə ediləcək”.
XİN başçısı qeyd edib ki, Gürcüstanı liderlərin videokonfransında baş nazir Giorgi Qaxaria təmsil edəcək.