Xırdalana metro xətti çəkiləcəkmi?- Açıqlama

Metro
Metro

“Mövcud konseptual inkişaf sxeminə əsaslansaq, Xırdalana metro xəttinin çəkilməsi aktual deyil”.

Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, ümumiyyətlə nəqliyyat məsələlərinin həll olunması məsələsində əsas prioritet hardasa metro stansiyalarının inşası deyil, məhz inteqrasiya olunmuş nəqliyyat, bir nəqliyyatdan digərinə rahat keçidin təmin edilməsi, eyni zamanda insanlara daha çox nəqliyyat seçimi imkanının verilməsidir:

“Metro şəhərdaxili nəqliyyat sayılır. Bu mənada Bakının mərkəzi əsas olmaq şərtilə biz hələ ki, bu məsələlərin həllinə tam nail olmamışıq. Xırdalan, Sumqayıt böyük şəhərlərdir. Düzdür, dünya praktikasında ətraf ərazilərə metro xəttinin çəkilməsi nümunələri var. Lakin Bakı üçün bu məsələ hazırda aktual deyil”(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.