Xırdalanda damı uçan məktəbdə tədris dayandırılıb

Təhlükəsizlik tədbirdləri ilə əlaqədar olaraq Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə tədris dayandırılıb.

Bu barədə ABşeron Rayon Təhsil Şöbəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyinə əsasən dərslərin başlama tarixi barədə qərar veriləcək. Buraxılmış proqram materiallarının tədrisi isə əlavə dərs saatları və onlayn dərslər hesabına təmin ediləcək.

Qeyd edək ki, bu gün əsən güclü külək nəticəsində Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub. Abşeron Rayon Təhsil Şöbəsindən  bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Vəziyyətlə bağlı məktəbdə dərhal ilkin təhlükəsizlik tədbirləri həyata keçirilib, aidiyyəti qurumlara məlumat təqdim olunub. Ən qısa zamanda dam örtüyünün bərpa işlərinə başlanacaq.

Əvvəlki məqalə

“Yalvarıram ana, məni xilas edin!” –

Sonrakı məqalə

Qarabağda tapılmış xeyli sayda meyit qalıqları məzardan çıxarılıb –