Xocalı, Daşkəsən və Tovuz rayonlarına yeni prokurorlar təyin edilib

Xocalı, Daşkəsən və Tovuz rayonlarına yeni prokurorlar təyin edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev əmrlər imzalayıb.

Xocalı rayon Prokuror Şahin İmanov tutduğu vəzifədən azad olunaraq Daşkəsənə prokuror təyin edilib. Daşkəsən rayon prokuroru Maarif Hüseynov isə tutduğu vəzidən azad olunaraq Tovuz rayon prokuroru təyin olunub.

Baş Prokurorun digər əmri ilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Əvəz Əliyev Xocalı rayon prokuroru təyin edilib.

Əvvəlki məqalə

Bakıda 15 yaşlı oğlan anasını küçədə niyə öldürüb? –

Sonrakı məqalə

Estoniya Rusiya bayrağı qaldırılan toplantıları qadağan edib