Xodorkovski Qərb şirkətlərini Rusiyadan qaçmağa çağırıb- “Politico”

“Sərmayələrin təhlükəsizliyinə heç bir yerdə təminat yoxdur, lakin Vladimir Putin rejimi qeyri-qanuni və qanunsuz bir dövlət qurub. Aktivlərin çıxarılması çox daha erkən, hətta müharibədən əvvəl başlamalı idi. 2022-ci il fevralın 24-də isə belə bir qərarın qəbulu sadəcə olaraq zərurət idi”.

Azpost.info xəbər verir ki, bunu “Politico”ya müsahibəsində mühacirətdə olan keçmiş rusiyalı oliqarx Mixail Xodorkovski deyib.

“Bəzi Qərb şirkətləri tez bir zamanda Rusiyanı tərk edə bildilər. İtki versələr də, indikilər qədər çətinliklə üzləşmədilər. Məsələn, “Societe Generale” dərhal “Rosbank”ı və Rusiya sığorta biznesini satdı. Artıq avqust ayında Putin öz fərmanı ilə faktiki olaraq xarici kredit təşkilatlarının ölkədən çıxışını qadağan etdi”, – Xodorkovski bildirib.

Aprelin 25-də Putin Qərb ölkələrinin sanksiyalarına cavab olaraq xarici aktivlərlə bağlı fərman imzalayıb. Fərmana əsasən, Federal Əmlakın İdarə Edilməsi Agentliyi bu cür aktivlərin müvəqqəti meneceri olacaq. Fərman dərhal qüvvəyə minib. İlk qurbanlar “Unipro” enerji şirkəti (səhmlərinin 87,73 faizi Almaniyanın “Uniper” şirkətinə məxsusdur) və Finlandiyanın “Fortum” enerji şirkətinin aktivləri olub.

Xodorkovski qeyd edib ki, Qərb şirkətləri üçün iri neft və qaz layihələrinə sərmayə yatırmaqla itkiyə məruz qalmaq psixoloji cəhətdən çətin ola bilər. Lakin zaman keçdikcə Rusiyadakı xarici aktivlər ucuzlaşmağa davam edəcək və onların müsadirə olunma riski artacaq.

Azpost.info

Əvvəlki məqalə

Dövlət sərhədində buraxılış məntəqələrinin sayı artırılıb

Sonrakı məqalə

Prezident İlham Əliyev Zəngilan rayonuna səfər edib