“Xüsusi əməliyyat Qərbin Ukraynada və digər ölkələrdə olduğu kimi Rusiyada da öz nəzarəti altında olan rejim qurmaq plannı alt-üst etdi”.
Azpost.info bildirir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Elmi Şuranın iclasında bildirib.
“Qərb Rusiyada öz nəzarəti altında qərbpərəst rejim qurmaq üçün şərait yaratmağa cəhd edirdi. Xüsusi əməliyyat bu planı puç etdi”-deyə Patruşev vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna Qərbin Rusiyaya qarşı elan edilməmiş müharibəsi üçün bir bəhanə oldu: “Qərb Kiyevi Ukraynanın şərqində genişmiqyaslı hərbi aksiyalara sürükləyirdi. Rusiyanın fəaliyyətindən asılı olmayaraq müharibə niyyəti 2022-ci ilin fevralına qədər artıq işlənib hazırlanmışdı. Suveren və güclü Rusiya Qərbə lazım deyil”-deyə Patruşev bildirib.