“Rusiya Ukraynada xüsusi hərbi əməliyyatla bağlı vaxt, müddət dalınca qaçmır”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
Patruşevin sözlərinə görə, xüsusi əməliyyatda əsas məsələ nasizmin kökünün kəsilməsi və denazifikasiyanın başa çatmasıdır: “Nasizmin kökü yox edilməlidir. Yoxsa bir neçə ildən sonra daha çirkin formada baş qaldıracaq”.
Təhlükəsizlik Şurasının katibi həmçinin xüsusi əməliyyatın bütün məqsədlərinin yerinə yetiriləcəyinə əmin olduğunu bildirib: “Tarixi həqiqət Rusiyanın tərəfindədir”.
Azpost.info