Ukraynada xüsusi hərbi əməliyyatın bütün iştirakçılarına bərabər hüquqlar verilməlidir.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Qələbə” Təşkilat Komitəsinin videokonfrans vasitəsilə iştirak etdiyi iclasında deyib.
Onun sözlərinə görə, bu, həm nizami hərbçilərə, həm də könüllülərə və səfərbər edilmiş vətəndaşlara şamil edilməlidir. Putin onların hamısının bərabər şəkildə öz hərbi borcunu yerinə yetirdiyini və döyüş əməliyyatlarında iştirak etdiyini vurğulayıb.
“Hər kəsin bərabər hüquqlarının təmin edilməsi vacibdir. Mən bunu xüsusi qeyd etmək istəyirəm ki, bu, istisnasız olaraq xüsusi hərbi əməliyyatın bütün iştirakçılarına – nizami hərbi qulluqçulara, könüllülərə, müqaviləli əsgərlərə, səfərbər edilmiş və xüsusi hərbi əməliyyatda iştirak edən hüquq-mühafizə orqanlarının əməkdaşlarına aiddir”, – Putin qeyd edib.
Azpost.info