“Yalan, şişirtmə və qaralamadır!” –Çin ABŞ dövlət katibinə cavab verdi

ABŞ dövlət katibi Entoni Blinkenin çıxışı Çin təhlükəsini şişirtmək və Pekini qaralamaq cəhdidir.

Azpost.info xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin deyib. O, Çinin dünya nizamını qorumağa sadiq qaldığını və Blinkenin iddialarının əsassız olduğunu bildirib. Venbin hesab edir ki, ABŞ dövlət katibi yalan məlumat yayır və ölkənin inkişafını ləngitmək üçün bilərəkdən Çini təhqir edən çıxışlar edir: “Cənab Blinkenin çıxışı ilə bağlı narazılığımızı və kəskin etirazımızı bildiririk”. Xatırladaq ki, Blinken Çini beynəlxalq nizama ən ciddi təhdid adlandırıb. Baş katibə görə, Çin beynəlxalq nizamı dəyişmək niyyətində və gücündə olan yeganə ölkədir.

 

Azpost.info

Əvvəlki məqalə

Rusiya Xorvatiyanın 5 diplomatını ölkədən qovdu

Sonrakı məqalə

“ASAN xidmət” vətəndaşlara müraciət edib