Yapon milyarderin olduğu kosmik gəmi Qazaxıstana enib

“Soyuz MS-20” kosmik gəmisinin modulu Qazaxıstan çöllərinə eniş edib.

Bu barədə Rusiyanın Kosmik Uçuşları İdarəetmə mərkəzi məlumat yayıb.

Cezqazqan şəhərində 138 kilometr uzağa enən modulun göyərtəsində rus kosmonavt Aleksandr Misurkin, Yaponiyalı milyarder Yusaku Maedzava və köməkçisi Endzo Xirano olub. Xilasedicilər modudakılara yardım göstərirlər. Onların səhhəti normaldır.

Gün ərzində kosmonavtlarla bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, sözügedən heyət Beynəlxalq Kosmik Stansiyaya dekabrın 8-də yola düşmüşdü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qazaxıstan Prezidenti səhiyyə nazirini vəzifəsindən azad edib

Sonrakı məqalə

Tovuzda yarım milyon manatlıq qızıl oğurlayan dəstə üzvləri tutuldu