Yaponiya sülh müqaviləsi üzrə dialoqdan imtina edən Rusiyaya etiraz edib.
Azpost.info xəbər verir ki, bunu Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi bildirib.
Nazir Moskvanın ikitərəfli münasibətlərin qurulmasını dayandırmaq qərarını qəbuledilməz və ədalətsiz adlandırıb: “Biz buna kəskin etiraz edirik. Mövqeyimiz xarici işlər nazirinin müavini Kenji Yamada vasitəsilə Rusiya səfiri Qaluzinə çatdırılıb”.
Martın 21-də Rusiya Xarici İşlər Nazirliyi Yaponiya ilə sülh müqaviləsi üzrə danışıqları davam etdirməkdən imtina etdiyini açıqlayıb. Qərar Tokionun qeyri-dost hərəkətlərinə və birtərəfli sanksiyaların tətbiqinə cavab olaraq qəbul edilib.
Azpost.info